Ana Sayfa > Karusel / Gündəm > Gəncədə xəsarət alan qadının qardaşı tərəfindən bıçaqlandığı məlum olub
Gəncədə xəsarət alan qadının qardaşı tərəfindən bıçaqlandığı məlum olub2-02-2022, 21:23. Yazar: Admin |
Gəncə şəhərində 3 gün əvvəl baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları ortaya çıxıb. Qarabaginfo.az-ın məlumatına görə, yanvarın 29-da şadlıq saraylarının birinin yaxınlığında xəsarət alan, Şəmkir rayon sakini, 1971-ci il təvəllüdlü P.Hüseynovanın qardaşı, 1961-ci il təvəllüdlü M.Hüseynov tərəfindən bıçaqlandığı məlum olub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Artıq M.Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Bıçaq xəsarəti alan qadının müalicəsi isə davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Geri dön |