Ana Sayfa > Karusel / Gündəm > Rusiyalı politoloq: "Dünya müharibə astanasında deyil"

Rusiyalı politoloq: "Dünya müharibə astanasında deyil"


2-02-2022, 19:19. Yazar: Admin

Rusiyalı politoloq: Dünya müharibə astanasında deyil

“Böhranın ən yüksək nöqtəsi artıq arxadadır. Məncə, dünya müharibə astanasında deyil. Rusiya vəziyyəti daha da gərginləşdirməyə hazır deyil. Tərəflər bir-birinin gücünü, imkanlarını yoxladı, artıq strateji sabitlikdən söhbət açmaq vaxtıdır”.

Qarabaginfo.az bildirir ki, bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, “Siyasi ekspertlər qrupu”nun rəhbəri Konstantin Kalaçev bildirib.

Onun fikrincə, ABŞ və NATO Rusiya ilə təhlükəsizlik zəmanətinə dair dialoqa hazırdır: “Son nəticədə tərəflər qarşılıqlı narahatlıqlarını həll etməyin mexanizmlərini işə salacaq. Bu, Rusiya ilə ABŞ arasındakı strateji sabitlik dialoqu çərçivəsində müzakirələrdən sonra baş verəcək. Məlum məsələdir ki, NATO 1997-ci ilin mövqeyindən geri çəkilməz, təşkilatın açıq olması müddəası dəyişməz qalacaq. Tərəflər arasında əvvəllər ikinci dərəcəli hesab olunmuş bir çox məsələlər müzakirəyə çıxarılacaq”.

Politoloqun qənaətincə, Rusiyanın Ukraynaya hücumu ehtimalı çox azdır: “Rusiya Ukraynaya təhdid olmadığını dəfələrlə açıqlayıb. Ukrayna da NATO-ya daxil olmayacaq, çünki bu təşkilatda qərarlar konsensusla verilir”.

Ekspertin fikrincə, ABŞ və NATO-nun cavabı ilə üzləşən Rusiya bundan belə iddialarını həqiqi imkanlarına uyğunlaşdırmalı olacaq.


Geri dön