Ana Sayfa > Karusel / Gündəm > Fonddan dollarla bağlı mühüm açıqlama
Fonddan dollarla bağlı mühüm açıqlama2-02-2022, 19:17. Yazar: Admin |
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb.
Qarabaginfo.az-ın Fonddan əldə etdiyi məlumata əsasən, bu ilin yanvar ayında dollara tələb 2021-ci ilin müvafiq ayı və 2021-ci ilin dekabr ayı ilə müqayisədə artıb. Belə ki, 2021-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu vəsait 2020-ci ilin eyni dövrü ilə müqayisədə 82 milyon ABŞ dolları qədər və ya 12,7 faiz çoxdur. Yanvar ayında satılan valyutanın həcmi 2021-ci ilin dekabr ayı müqayisədə isə 89,26 milyon ABŞ dolları və ya 14 faiz artıb. Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları, 2020-ci ilin dekabr ayı ərzində isə 637,74 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Geri dön |