Ana Sayfa > Karusel / Sosial > Təhsil işçilərinin əməkhaqları artımla ödənildi

Təhsil işçilərinin əməkhaqları artımla ödənildi


2-02-2022, 19:00. Yazar: Admin

Təhsil işçilərinin əməkhaqları artımla ödənildi

Təhsil işçilərinin əməkhaqları artımla ödənilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Təhsil Nazirliyindən maliyyələşdirilən bütün təhsil müəssisələrinin, o cümlədən, 1670-dən çox dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 37 mindən çox işçinin yanvar ayı üzrə əməkhaqları 1 yanvar 2022-ci il tarixindən nəzərdə tutulan artımlarla hesablanaraq ödənilib.

Qeyd edək ki, bu proses ölkə başçısının müvafiq sərəncamlarına əsasən həyata keçirilib.


Geri dön