Ana Sayfa > Karusel / Siyasət > Xaçmazda icra başçısına yeni müavin təyin olunub

Xaçmazda icra başçısına yeni müavin təyin olunub


2-02-2022, 18:58. Yazar: Admin

Xaçmazda icra başçısına yeni müavin təyin olunub 

Xaçmaz Rayon İcra Hakimiyyətində kadr təyinatı olub.

Qarabaginfo.az-ın məlumatına görə, icra başçısının müvafiq sərəncamı ilə Oruclu Anar Absətdər oğlu Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

Oruclu Anar Absətdər oğlu 1974-cü ildə Xaçmaz rayonu Arzu qəsəbəsində anadan olub. 1997-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını iqtisadçı ixtisası üzrə bitirib. Bu təyinatadək Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.


Geri dön