Ana Sayfa > Karusel / Gündəm > Baş infeksionist COVID-19-a yoluxmanın artım səbəblərini izah etdi
Baş infeksionist COVID-19-a yoluxmanın artım səbəblərini izah etdi2-02-2022, 18:46. Yazar: Admin |
"Gündəlik koronavirusa yoluxma rəqəmlərinin artmasının əsas səbəbi yaxın təmasdır". Bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib. Onun sözlərinə görə, “omikron” ştamının bir nəfərdən digərinə keçməsi dəqiqələr çəkir: "Yəni, ştam əsasən hava-damcı yolu ilə yayılır. Əvvəllər bildirirdik ki, virus əldən və s. keçə bilər. Düzdür, indi də bu öz aktuallığını qoruyur, amma adıçəkilən ştam əsasən üst-tənəffüs yollarında olur. “Omikron”dan qorunmaq üçün yaxın təmasdan qaçmaq lazımdır”. Geri dön |