Ana Sayfa > Karusel / Siyasət > CNN: Bayden Şərqi Avropaya əlavə qoşun göndərilməsini təsdiqləyib

CNN: Bayden Şərqi Avropaya əlavə qoşun göndərilməsini təsdiqləyib


2-02-2022, 18:33. Yazar: Admin

Co Bayden

ABŞ Prezidenti Co Bayden Şərqi Avropaya əlavə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə CNN ABŞ Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, qoşunların köçürülməsi yaxın günlərdə baş tutacaq.

CNN-in mənbələrinə görə, Polşada 2 min, Rumıniya da daxil olmaqla NATO-nun cənub-şərq cinahında daha bir neçə min hərbçi yerləşdiriləcək.

Pentaqonun yaxın vaxtlarda əlavə qüvvələrin yerləşdirilməsi barədə rəsmi açıqlama yayacağı gözlənilir.


Geri dön