Ana Sayfa > Karusel / Siyasət > Tofiq Zülfüqarov İran nəşrinə Zəngəzur dəhlizi barədə danışdı: “Bu 2 marşrut...“

Tofiq Zülfüqarov İran nəşrinə Zəngəzur dəhlizi barədə danışdı: “Bu 2 marşrut...“


2-02-2022, 17:04. Yazar: Admin
Tofiq Zülfüqarov İran nəşrinə Zəngəzur dəhlizi barədə danışdı: “Bu 2 marşrut...“

"Zəngzur dəhlizi və bu dəhlizdəki dəmir yolu marşrutunun işə salınması regionda iqtisadi fəaliyyətə ciddi təkan verə bilər".

Qarabaginfo.az xəbər verir ki, bunu IRNA-ya müsahibəsində Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

O, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsini Tehran və Bakının ən mühüm iqtisadi layihələrdən biri adlandırıb.

T. Zülfüqarovun sözlərinə görə, bu dəhlizin tamamlanması və Astara-Rəşt dəmir yolu xəttinin başa çatması iki ölkə arasında nəqliyyatın və tranzitin həcmini artıracaq.

O, İran və Azərbaycan Respublikası hökuməti və xalqları, ümumən iki ölkənin, o cümlədən tarixi, etnik, dini və mənəvi əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı marağa toxunaraq əlavə edib: "İki ölkə arasındakı problem ən qısa zamanda həll edildi və iki ölkə yenidən inkişafa doğru irəliləyir".

Eks-nazir İbrahim Rəisi administrasiyası və rəsmi Bakının iqtisadi əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu vurğulayıb, bunun iki ölkə arasında həyata keçirilən bəzi layihələri tamamlamağa imkan verəcəyini bildirib.

 T. Zülfüqarov Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin iki ölkə arasında nəqliyyat həcmini və tranziti əhəmiyyətli dərəcədə artıracağını qeyd edib:

"Zəngzur dəhlizinin yaradılması və ölkənin işğaldan azad edilmiş ərazilərində lazımi nəqliyyat infrastrukturunun qurulması istiqamətində səylər davam edir. Vaxtilə İran və Sovet İttifaqı bu dəhlizdəki dəmir yolu xətti ilə böyük miqdarda yüklər daşıyırdı. Zəngzur dəhlizinin və dəmir yolu xəttinin işə salınması regionda iqtisadi fəaliyyətə ciddi təkan verə bilər. Azərbaycan Respublikası hazırda bu sahədə işlərini davam etdirir və lazımi nəqliyyat infrastrukturunu yaradır. Son vaxtlar Ermənistan tərəfi də bununla bağlı müsbət mövqe nümayiş etdirir.

Fikrimcə, bu iki nəqliyyat marşrutunun, yəni Şimal-Cənub və Zəngəzur dəhlizlərinin fəaliyyət göstərməsi Azərbaycan Respublikası və İran, eləcə də Şimal-Cənub dəhlizi boyunca yerləşən bütün ölkələr üçün böyük iqtisadi fayda verəcək.

Ümumiyyətlə, bölgədə nəqliyyat marşrutları nə qədər çox olarsa, bir o qədər yaxşıdır".(Yenisabah)


Geri dön