Ana Sayfa > Karusel / Dünya > Türkiyə və Ukrayna azad ticarət haqqında saziş imzalayacaq
Türkiyə və Ukrayna azad ticarət haqqında saziş imzalayacaq2-02-2022, 14:13. Yazar: Admin |
Fevralın 3-ü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri zamanı Ukrayna və Türkiyə arasında yeni nəsil azad ticarət haqqında saziş imzalanacaq. Qarabaginfo.az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş deyib. Onun sözlərinə görə, Türkiyənin Ukrayna ilə münasibətləridə ticarət dövriyyəsi çox önəmlidir və 2021-ci ildə ticarətin həcmi 59% artaraq 7,4 mlrd. ABŞ dolları təşkil edib. Nazir qeyd edib ki, sazişin imzalanması iki dövlət arasında ticarət dövriyyəsinin 10 mlrd. dollara çatması istiqamətində mühüm addımdır. M. Muş onu da vurğulayıb ki, Ukrayna ilə azad ticarət haqqında sazişin hazırlanması on ildən çox davam edən danışıqların nəticəsidir. Sənədin şərtləri ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb. Xatırladaq ki, Türkiyə ilə Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Kiyevə rəsmi səfər edəcək.(Apa) Geri dön |