Ana Sayfa > Karusel / Yazar > Jurnalist Cahangir Əsgərova əsəbləşdi: “Sənə görə erməniyə yaltaqlanmalıyıq?“
Jurnalist Cahangir Əsgərova əsəbləşdi: “Sənə görə erməniyə yaltaqlanmalıyıq?“2-02-2022, 12:59. Yazar: Admin |
Bu gün İrəvandan İstanbula ilk təyyarə uçacaq. Təkcə Türkiyə və Ermənistan deyil, hətta Azərbaycan saytları da bu xəbəri tirajlamaqla məşğuldur. Uçuşu həyata keçirən “FlyOne Armenia” aviaşirkətinin idarə heyətinin sədri Aram Ananyan bildirib ki, İrəvan-İstanbul-İrəvan reyslərinə böyük maraq var. Bunun belə olacağı zatən əvvəldən bəlli idi. Məşhur bir atalar sözü var: Pişiyin könlü samanlıqda idi, it də qovdu saldı samanlığa... Məni yandıran ermənilərin o gözəl İstanbulu gedib görməsi, ucuz qiymətə bazarlıq etməsi deyil. Ermənilər əvvəllər də Türkiyədə olublar. İstanbulda, Ankarada, İzmirdə minlərlə erməni turist var. Hava əlaqəsi olmayanda onlar Gürcüstan üzərindən Türkiyəyə gediblər. Bu gün isə “FlyOne Armenia” aviaşirkəti erməniləri böyük bir əziyyətdən xilas etdi. Bu nankor qonşularımızın daha Gürcüstanın gömrük-keçid məntəqələrində burunlarının suyunu axıtmalarına lüzum qalmır. Onlar İrəvanda təyyarəyə oturub rahat İstanbula uçacaqlar. Həm də su qiymətinə... İrəvan-İstanbul reysinin qiymətlərindən xəbəriniz var? Əgər ürəyiniz zəif deyilsə, yazını oxumağa davam edin. Deməli, beyni türk düşmənçiliyi ilə zəhərlənmiş dılğır bir erməni bizim pulla cəmi 77 manat ödəməklə türk dünyasının mənəvi paytaxtı olan qədim İstanbula səfər edə biləcək. Bəli, 77 manat! Hansı ki, pulumuz olanda biz bu vəsaitlə ancaq 5 kilo sümüklü dana əti ala bilirik... Bəs, Bakıdan İstanbula təyyarə ilə uçmağın qiyməti neçəyədir? Ürəyi zəif olanlar mütaliəni burda dayandıra bilər. Ürəyi və əsəbləri sağlam olanlar üçün yazıram: AZAL-da Bakı-İstanbul reysinə ən ucuz qiymət 241 manatdır. Onu da tapsan... Niyəsini əvvəllər də yazmışam. "AZAL" şefi Cahangir Əsgərov özünü məsuliyyətli dövlət məmuru kimi deyil, lotu kimi aparır. Heç kimi vecinə almır. Əksinə, bizm pullarımız hesabında hər gün dünyanın bir ölkəsində özünə bahalı evlər, mülklər alır. Bu adamın üzündən pandemiyadan əvvəl zavallı azərbaycanlılar itin zülmünü çəkib burdan Tiflisə gedir, ordan da İstanbula uçurdular. Çünki Tiflisdən İstanbula uçmaq Bakıdan İstanbula uçmaqdan iki dəfə ucuz başa gəlirdi. Tarix təkrarlanır. Amma bu dəfə daha əcaib formada təkrarlanır. Deyəsən, özünü orta əsr feodalları kimi aparmağa adətkərda olmuş Əsgərov Cahangir yoldaş indi də bizi erməniyə möhtac qoymaq istəyir. Yoldaş Əsgərov, fikrin nədir, ucuz qiymətə İstanbula uçmaq üçün indi də erməninin minnətini götürək? Yoxsa, sənə görə erməniyə yaltaqlanaq? Bəlkə İstanbuldan İrəvana uçmağımıza icazə vermələri üçün düşmənə minnətçi düşək? Biz dəvəsi ölmüş ərəbik. Yüzə dözmüşük, yüz birə də dözərik. Sən necə, bir gün dəmir barmaqlıqların arxasına düşəndə ordakı şəraitə dözə biləcəksən? Yadında saxla: Səndən heç də kasıb olmayan biri bu yaxınlarda ömrünü məhbəsdə başa vurdu. O da sənin kimi pulun hesabına bizim uça bilmədiyimiz əngin səmalarda uçurdu. Demək istədiyim odur ki, kasıbın da Allahı var. Bir gün sənə də özünü göstərər... Bax, onda üzünü görmək istəyəcəm... Seymur VERDİZADƏ Geri dön |