Ana Sayfa > Karusel / Dünya > CSİS: "Krımda NATO ordusunu məhv etmək üçün kifayət qədər silah var" - FOTOLAR
CSİS: "Krımda NATO ordusunu məhv etmək üçün kifayət qədər silah var" - FOTOLAR2-02-2022, 12:17. Yazar: Admin |
||
Rusiyanın Krım yarımadasındakı silahları bütün Avropa üçün ciddi təhlükələr yaratmağa qadirdir.
Məqalədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) Rusiya ilə NATO arasında potensial münaqişədə raket və digər sistemlərin imkanlarına dair dərc etdiyi fotolar da yer alıb.
Maraqlıdır ki, CSIS ekspertləri Rusiyanın NATO ordusunu demək olar ki, tamamilə məhv etmək üçün Krımda kifayət qədər silahlarının olduğunu deyirlər. - İlk növbədə Krımdan atılacaq Rusiyanın “Kalibr” qanadlı raketləri Avropanın istənilən nöqtəsinə çata biləcək. Tu-22M3 taktiki bombardmançıları isə daha geniş imkanlara malikdirlər. Onlar Krım yarımadası üzərindəki hava məkanından Fransaya qədər zərbə endirmək iqtidarındadırlar. "Murmansk-BN" REB-ləri (Radioelektron mübarizə Vasitələri-red.) İspaniyanın mərkəzinə qədər gedib çatan böyük bir əraziyə müdaxilə etmək və peyk rabitəsini pozmaq üçün zəmanət verilir. ABŞ-ın Yaxın Şərqdəki hərbi bazaları da bu elektron müharibədən təsirlənəcək. Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında gərginlik yaranıb. Bu beynəlxalq siyasi böhran Ukraynaya görə meydana gəlib. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.(Azvision) Geri dön |