Ermənilər növbəti dəfə Azərbaycan mahnısını oğurlayıb.
Qarabaginfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məşhur erməni müğənni Şuşan Petrosyan Azərbaycanın Şuşa şəhərinə mahnı həsr edib. Mahnıya “Şuşi” adı verilib.
İfanı dinlədikdə musiqinin müğənni Abbas Əhmədin illər öncə bəstələyib oxuduğu “Ürəyim yanar” mahnısının plagiatı olduğu şahidi olmaq olar.
Müqayisə üçün hər iki mahnını təqdim edirik: