Paytaxt ərazisində cəmiyyətə açıq hörmətsizlik edən 99-RU-039 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil Səbail RPİ DYPŞ tərəfindən müəyyən olunaraq duracağa yerləşdirilib.
DİN Mətbuat xidmətindən Qarabaginfo.az-a bildirilib ki, avtomobil idarə etmək üçün müvafiq hüququ olmayan sürücü Nihad Hüseynov aktiv koronavirus xəstəsidir.
N.Hüseynov aidiyyəti üzrə təhvil verilib.
Səbail RPİ-də Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.