Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan sabah Ukraynaya gedir: Zelenski ilə müzakirə olunacaq məsələlər
Ərdoğan sabah Ukraynaya gedir: Zelenski ilə müzakirə olunacaq məsələlər2-02-2022, 10:18. Yazar: Admin |
Xəbər verirldiyi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah - fevralın 3-də Ukraynaya səfər edəcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri həm də ticarət həcminin artırılması və Azad Ticarət Sazişinin (STA) imzalanması üçün bir fürsət kimi qiymətləndirilir.
Türkiyə-Ukrayna münasibətlərinin 30-cu ildönümü münasibətilə həyata keçiriləcək səfər zamanı Kiyevdə dövlət başçılarının iştirakı ilə 10-cu Yüksək Səviyyəli Strateji Şuranın keçirilməsi nəzərdə tutulur. 2011-ci ildə yaradılmış Yüksək Səviyyəli Strateji Şura (YDSK) mexanizmi ilə iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb.
İki ölkə arasında ticarət həcmi 2021-ci ildə 7,42 milyard dollara yüksəlib.
Səfər zamanı Ukrayna ilə Rusiya arasında son dövrdə yaşanan gərginliyin qiymətləndirilməsi də xüsus müzakirə möpvzusu olacaq. Geri dön |