Ana Sayfa > Karusel / Gündəm > Ölkəyə avtomobil gətirənlərin nəzərinə

Ölkəyə avtomobil gətirənlərin nəzərinə


2-02-2022, 10:07. Yazar: Admin

Azərbaycanda avtomobillərin mühərrikin həcmi və istehsal tarixinə görə aksiz dərəcələrində dəyişiklik olub.

 

Qarabaginfo.az-ın məlumatına görə, mühərrikin həcmi 3.000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri dəyişdirilib.

 

Belə ki, Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə münasibətdə 1,2; dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

 


Geri dön