Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Baydenin köməkçisi Ərdoğanın sözçüsü ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib
Ana Sayfa > Karusel / Siyasət > Baydenin köməkçisi Ərdoğanın sözçüsü ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Baydenin köməkçisi Ərdoğanın sözçüsü ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib


2-02-2022, 09:56. Yazar: Admin

Baydenin köməkçisi Ərdoğanın sözçüsü ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib


ABŞ Prezidenti Co Baydenin köməkçisi Ceyk Sallivan Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla telefonla danışıb.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Horn yazılı açıqlama yayıb.

Horn danışıqlarda Rusiya-Ukrayna sərhədində yaranmış gərginliyi və Rusiyaya diplomatik təsir imkanlarının müzakirə olunduğunu bildirib.

Horn Sallivanla Kalın arasında telefon danışığı zamanı regional məsələlərin, o cümlədən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının müzakirə edildiyini vurğulayıb.

Tərəflər Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasının bölgənin inkişafı və rifahı üçün önəmli olduğunu bildiriblər.


Geri dön