Ana Sayfa > Karusel / Gündəm > ÜST: Pandemiyanın kəskin mərhələsi bu il başa çata bilər
ÜST: Pandemiyanın kəskin mərhələsi bu il başa çata bilər2-02-2022, 04:32. Yazar: Admin |
“İnsanların məsuliyyətli davranışı ilə bu il pandemiyanın kəskin mərhələsindən çıxa bilərik”. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüqe bildirib. "İstənilən halda fərdi məsuliyyət çox vacibdir. Özünü pis hiss edən və ya hərarəti yüksək olan insanlar evdə karantində qalırlarsa, o zaman hamımız kəskin fazadan çıxa bilərik, həyatımızı yaxşılaşdıra bilək”, - Klüqe deyib. Klüqenin sözlərinə görə, bu, virusun geri qayıtmayacağı anlamına gəlmir: "Müxtəlif ştamlar olacaq, lakin biz virusla yaşamağı öyrənməliyik ki, yeni infeksiya dalğası baş verərsə, respiratorlarımızı dərhal şkafdan çıxaraq və ictimai sağlamlıq tədbirlərinə uyğun davranaq", - ÜST rəsmisi əlavə edib. Geri dön |