Ana Sayfa > Karusel / Gündəm > COVID məhdudiyyətlərini ləğv etmək hələ tezdir - ÜST
COVID məhdudiyyətlərini ləğv etmək hələ tezdir - ÜST2-02-2022, 00:36. Yazar: Admin |
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri hesab edir ki, dövlətlər üçün COVID-19-u qarşısını almaq üçün bütün məhdudiyyətləri dərhal ləğv etmək hələ tezdir. Onlar ehtiyatlı olmağa çağırıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə ekspertlər brifinq zamanı bildiriblər. ÜST-ün COVID-19 üzrə texniki rəhbəri Mariya Van Kerkhove qeyd edib ki, vaksinasiya üzrə göstəricilər əksər ölkələrdə, həm də çox həssas əhali arasında aşağıdır: "Ona görə də indi bütün məhdudiyyətləri bir anda aradan qaldırmağın vaxtı deyil.". Öz növbəsində, ÜST-nin fövqəladə hallar üzrə icraçı direktoru Mark Rayan ölkələri COVID-19 ilə mübarizədə öz yollarını tutmağa və "məhdudiyyətləri yumşaltmaqda başqalarına kor-koranə uymamağa" çağırıb.
Geri dön |