Ana Sayfa > Karusel / Gündəm > "Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum" - Tağı Əhmədov

"Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum" - Tağı Əhmədov


1-02-2022, 23:36. Yazar: Admin

"Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum" -Tağı Əhmədov

"1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri qaynarinfo-ya açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib. Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:

"İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu "Miyelit”dir (onurğa-beyin iltihabı)".

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb: "Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdilər”.


Geri dön