Ana Sayfa > Karusel / Gündəm > Zaqatala sakinlərindən qanunsuz odlu silahlar götürülüb

Zaqatala sakinlərindən qanunsuz odlu silahlar götürülüb


1-02-2022, 23:12. Yazar: Admin

Zaqatala sakinlərindən qanunsuz odlu silahlar götürülüb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, tədbirlər nəticəsində rayon sakinlərindən ümumilikdə 3 ədəd “İJ” və “TOZ” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılmasından ötrü rayon məhkəməsinə göndərilib.


Geri dön