Ana Sayfa > Karusel / Gündəm > Bakıda ana və azyaşlı qızı dəm qazından zəhərlənib

Bakıda ana və azyaşlı qızı dəm qazından zəhərlənib


1-02-2022, 23:00. Yazar: Admin

Bakıda ana və azyaşlı qızı dəm qazından zəhərlənib

Bakıda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Bülbülə qəsəbəsində 1988-ci il təvəllüdlü Aslanova Ramilə Rafiq qızı və onun 5 yaşlı övladı Aslanova Məryəm Ceyhun qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.


Geri dön