Ana Sayfa > Karusel / Gündəm > “Bugünkü durumumuzu bilirdik - Samir Abasov

“Bugünkü durumumuzu bilirdik - Samir Abasov


1-02-2022, 22:12. Yazar: Admin

“Bugünkü durumumuzu bilirdik

“Bugünkü durumumuzu bilirdik".

Qarabaginfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sabah”la keçirilən oyun barədə danışarkən deyib.

Bu gün 44 yaşı tamam olan mütəxəssis “Bakcell Arena”da baş tutan və 1:1 hesabı ilə başa çatan matçdan sonra “CBC Sport” kanalına açıqlamasında komandasının çıxışını dəyərləndirib:

“Yaxşı, maraqlı oyun keçdi. Nəticəyə gəlmək istəmirəm. Birinci hissədə daha çox qol vuraq bilərdik. Həddən artıq çox işləməliyik. Yeni oyunçular var. Bunun altından çıxmaq üçün yavaş-yavaş oyunumuzu otuzdurmalıyıq. Bu gün də problemlərimiz var. Bəzi futbolçularımız komandaya gec qoşuldular. Bu səbəbdən fiziki durumdan yaxşı deyillər. Amma oynamalı idik, kubok matçı idi. Artıq çempionatda "Qarabağ"la görüşə hazırlaşacağıq".

Çalışdırıcı Premyer Liqanın XV turunda "Qarabağ"la keçiriləcək görüşlə bağlı da danışıb:

"Bir həftə ərzində necə hazırlaşacağımızla bağlı çox baş sındırmağa ehtiyac yoxdur. Bunun öz planı var. Hansı oyunçunun həmin vaxt neçə dəqiqə hazır olacağını demək mümkün deyil. Yeni transferlərin də komandaya uyğunlaşmalarını gözləyəcəyik”.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü fevralın 12-də keçiriləcək.


Geri dön