Ana Sayfa > Karusel / Gündəm > Hikmət Hacıyev: "Azərbaycan-ABŞ əlaqələri son 30 ildə uğurlu olub"
Hikmət Hacıyev: "Azərbaycan-ABŞ əlaqələri son 30 ildə uğurlu olub"1-02-2022, 21:47. Yazar: Admin |
"Azərbaycan-ABŞ əlaqələri son 30 ildə inkişaf, dostluq və tərəfdaşlıq baxımından uğurlu olub". Bunu prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib. H.Hacıyev qeyd edib ki, Azərbaycan 11 sentyabr terrorundan sonra ABŞ-ın başlatdığı mübarizədə hərbi və logistik dəstək göstərib: "Azərbaycan son 30 ildə yaxşı dost olduğunu sübut edib. Öz növbəsində ABŞ-ın Azərbaycana dəstəyi ölkəmizin suverenliyi və müstəqilliyini gücləndirir. Bu dəstəyin regional təhlükəsizliyin vacib komponenti olduğu təsdiq edilib". Prezidentin köməkçisi, həmçinin Azərbaycanın ABŞ-a İraq və Əfqanıstandakı missiyalarında dəstəyini vurğulayıb.
Geri dön |