Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Kuboku: "Neftçi" və "Sabah" klubları heç-heçə ediblər
Azərbaycan Kuboku: "Neftçi" və "Sabah" klubları heç-heçə ediblər1-02-2022, 21:45. Yazar: Admin |
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın növbəti oyunu keçirilib. Qarabaginfo.az-ın məlumatına görə, günün son matçında "Neftçi" "Sabah" klubunu qəbul edib. "Bakcell Arena"da baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə hesabı 40-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Voislav Stankoviç açıb. Matçda son nöqtəni isə 50-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Coy-Lens Mikels qoyub. Bu oyunda "Neftçi"nin yeni transferləri - qapıçı İvan Brkiç, müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov, Gilyerme Pato və Azər Əliyev "ağ-qaralar"da rəsmi debüt ediblər. Komandalar arasında cavab qarşılaşması fevralın 12-də Masazırdakı "Bank Respublika Arena"da oynanılacaq. Qeyd edək ki, 1/4 finalın açılış oyununda "Qarabağ" "Keşlə"ni minimal hesabla məğlub edib - 1:0. Bu raundun ilk matçlarına fevralın 2-də keçiriləcək "Zirə" - "Səbail" və "Sumqayıt" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq. Geri dön |