Ana Sayfa > Karusel / Siyasət > Putin: “ABŞ və NATO Rusiyanın fundamental təhlükəsizlik narahatlıqlarına məhəl qoymayıb”
Putin: “ABŞ və NATO Rusiyanın fundamental təhlükəsizlik narahatlıqlarına məhəl qoymayıb”1-02-2022, 21:19. Yazar: Admin |
Rusiya Prezidenti Vladimir Putin ABŞ və NATO-nu Rusiyanın fundamental təhlükəsizlik narahatlıqlarına məhəl qoymamaqda ittiham edib. Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Macarıstanın Baş naziri Viktor Orbanla danışıqların yekunlarından sonra deyib. "Yanvarın 26-da ABŞ və NATO-dan alınan yazılı cavabları diqqətlə təhlil edirik", - Rusiya Prezidenti deyib. Putinin sözlərinə görə, Rusiyanın fundamental narahatlıqlarına məhəl qoyulmadığı artıq aydındır. Rusiya Prezidenti əlavə edib ki, Moskva onun üç əsas tələbinin adekvat nəzərə alındığını görmür. Söhbət NATO-nun genişlənməsinin qarşısını almaqdan, Rusiya yaxınlığında zərbə silahı sistemlərinin yerləşdirilməsindən imtinadan, həmçinin Şimali Atlantika Alyansının Avropadakı hərbi infrastrukturunun 1997-ci il vəziyyətinə qaytarılmasından gedir. Geri dön |