Ana Sayfa > Karusel / Gündəm > "Abşeron"dan növbəti qələbə, "Azerreyl" yenə uduzub

"Abşeron"dan növbəti qələbə, "Azerreyl" yenə uduzub


1-02-2022, 20:34. Yazar: Admin

Abşerondan növbəti qələbə, Azerreyl yenə uduzub

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə start verilib.

Qarabaginfo.az-ın məlumatına görə, IV turun ilk oyununda "Murov" "Azerreyl"i qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin 3:2 (27:25, 25:27, 25:22, 21:25, 16:14) hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci matçında isə UNEC və “Abşeron” komandaları üz-üzə gəlib və qonaqlar 3:1 (25:23, 12:25, 18:25, 7:25) hesablı qalibiyyətə seviniblər.

Qeyd edək ki, bugünkü nəticələrdən sonra "Abşeron" 12 xalla liderdir. 7 xalı olan "Azerreyl" ikinci, 3 xalı olan "Murov" üçüncüdür. Son pillədə isə 2 xalla UNEC qərarlaşıb.


Geri dön