Ana Sayfa > Karusel / Siyasət > Akar: “Azərbaycan və Türkiyə ordularının əməkdaşlığı başqa ölkələrə qarşı təhdid deyil”
Akar: “Azərbaycan və Türkiyə ordularının əməkdaşlığı başqa ölkələrə qarşı təhdid deyil”1-02-2022, 20:23. Yazar: Admin |
Azərbaycan Ordusu ilə Türkiyə Silahlı Qüvvələrinin güclənməsi istiqamətində göstərilən səylər başqa ölkələrə qarşı təhdid deyil. Bunun belə bilinməsini istəyirəm. Qarabaginfo.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında deyib. “Silahlı Qüvvələrimizin inkişafı, ölkələrimizin və millətimizin müdafiəsinə yönəlmiş çalışmalarımızı davam etdiririk. Apardığımız çalışmalarla ordularımızın hər ötən gün daha irəli getməsindən də böyük məmnuniyyət duyuruq. “İki dövlət, tək millət” olan Azərbaycan və Türkiyənin Qafqazda barış və sabitliyin təmin edilməsi üçün əlindən gələn səyi göstərdiyini hər kəs görür. Arzumuz bir an əvvəl barışa, sabitliyə qovuşaraq hamının etibarlı və rifah içində yaşayışını davam etdirməsidir”, - Akar vurğulayıb. Geri dön |