Ana Sayfa > Karusel / Siyasət > Parlament Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyinə dair sazişi təsdiqləyəcək

Parlament Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyinə dair sazişi təsdiqləyəcək


1-02-2022, 20:04. Yazar: Admin

Azərbaycan Respublikası Milli Məclisi Aparatının məlumatı

Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş müzakirəyə çıxarılacaq.

Qarabaginfo.az-ın məlumatına görə, parlamentin Aqrar siyasət komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi daxil edilib.


Geri dön