Ana Sayfa > Karusel / Siyasət > Türkiyənin müdafiə naziri Ermənistana çağırış edib
Türkiyənin müdafiə naziri Ermənistana çağırış edib1-02-2022, 20:02. Yazar: Admin |
“Xüsusən Qarabağda sıx bir çalışma var. Əkinçilikdən heyvandarlığa, sənayedən yollara qədər sıx çalışma var. Bu mövzuda da qarşılıqlı görüşlər yolu ilə irəliləyişlərin necə olacağını, bunun müdafiə və təhlükəsizliyə təsirlərini də dəyərləndirdik”. Qarabaginfo.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında deyib. O diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycan prezidentləri Ermənistana barış əllərini uzadıblar: “Bu barış əlinin dəyərləndirilməsini gözləyirik. Bu sayədə sadəcə Azərbaycan-Ermənistan və ya Ermənistan-Türkiyə deyil, bütün Qafqazda barışın, sabitliyin buna bağlı olaraq da rifahın hakim olması için səy göstəririk”. Geri dön |