Ana Sayfa > Karusel / Gündəm > Akar: “Şuşa Bəyannaməsi istiqamətində çalışmalar aparırıq"
Akar: “Şuşa Bəyannaməsi istiqamətində çalışmalar aparırıq"1-02-2022, 19:58. Yazar: Admin |
“Şuşa Bəyannaməsi yolumuzu, strategiyamızı müəyyən edən sənəddir”. Qarabaginfo.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında deyib.
“Bu sənəd istiqamətində apardığımız çalışmalar var. Hərbi təhsil, əməkdaşlıq mövzularında çalışmalarımız davam edir. Bu çalışmalarla birlikdə müdafiə sənayesi, Silahlı Qüvvələrimizin təchizatı məsələsində nələr edə biləcəyimizi də qarşılıqlı görüşlərlə müəyyənləşdiririk. Bu mövzularda da əhəmiyyətli addımlar atdıq, atmağa davam edirik”, - türkiyəli nazir vurğulayıb. Geri dön |