Ana Sayfa > Karusel / Gündəm > ÜST-ün Baş katibi: "Dünyanın əksər bölgələrində koronavirusdan ölüm sayı artır"
ÜST-ün Baş katibi: "Dünyanın əksər bölgələrində koronavirusdan ölüm sayı artır"1-02-2022, 19:53. Yazar: Admin |
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun “omikron” variantının sürətlə yayılmasından, habelə ölüm sayının artmasından narahatlığını ifadə edib. Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, həftəlik brifinqdə çıxış edən təşkilat rəhbəri dünyanın əksər bölgələrində koronavirusdan ölənlərin çoxaldığını diqqətə çatdırıb. “Bundan 10 həftə əvvəl “omikron” ilk dəfə aşkarlanandan sonra ÜST-ə 90 milyona yaxın yoluxan haqqında məlumat gəlib. Bu da bütövlükdə 2020-ci ildəkindən daha çoxdur”, - Qebreyesus qeyd edib. Geri dön |