Ana Sayfa > Karusel / İnfrastruktur > Ağdam Sənaye Parkında ilk rezidentlər qeydiyyata alınıb
Ağdam Sənaye Parkında ilk rezidentlər qeydiyyata alınıb1-02-2022, 19:17. Yazar: Admin |
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında bu gün 2 müəssisəyə rezidentlik statusu verilib. Qarabaginfo.az-ın əldə etdiyi məlumata görə, həmin müəssisələrdən biri müxtəlif çeşidli sintetik xalçaların istehsalı, digər isə prefabrik dəmir-beton istehsal istehsalı ilə məşğul olan müəssisədir. Hər iki müəssisə yerli sahibkarlara aiddir. Xatırladaq ki, Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə Ağdam Sənaye Parkı yaradılıb. Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb. Burada rezidentlər dövlət tərəfindən torpaq sahəsi, nəqliyyat və kommunal xidmətlər də daxil olmaqla lazımi infrastrukturla təmin olunacaq. Aşağı kirayə haqqı, gəlir və əmlak vergisindən 10 il müddətinə, habelə istehsal məqsədləri üçün avadanlıq və texnologiyaların gətirilməsi halında ƏDV və idxal rüsumlarının ödənilməsindən müvafiq olaraq 10 və 7 il müddətinə azad edilmə sənaye parklarının rezidentləri üçün əlavə stimul olacaq. Geri dön |