Ana Sayfa > Karusel / Siyasət > ABŞ Türkiyə-Ermənistan dialoqunda rol oynamağa hazırdır

ABŞ Türkiyə-Ermənistan dialoqunda rol oynamağa hazırdır


1-02-2022, 19:15. Yazar: Admin

Karen Donfrid

“ABŞ Türkiyə-Ermənistan arasında barışığın təbliğində də rol oynamağa hazırdır. Biz hər iki ölkənin diplomatiya və dialoq qurmasını alqışlayırıq”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda çıxışı zamanı deyib.

 

O, Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin yanvarda keçirilən birinci görüşündən mütəəssir olduqlarını vurğulayıb.

“Türkiyə-Ermənistan dialoqu regional sabitliyi artırmaq və region üçün daha firavan gələcək yaratmaq potensialına malikdir”, - Donfrid qeyd edib.


Geri dön