Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda COVID-19-a sutkalıq yoluxma 5 mini ötüb
Azərbaycanda COVID-19-a sutkalıq yoluxma 5 mini ötüb1-02-2022, 19:12. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 223 yeni yoluxma faktı qeydə alınıb, 2 319 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 663 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 627 342 nəfər müalicə olunaraq sağalıb, 8 755 nəfər vəfat edib, aktiv xəstə sayı 27 596 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 945, ötən müddət ərzində isə ümumilikdə 6 172 333 test aparılıb. Geri dön |