Ana Sayfa > Karusel / Gündəm > ATƏT sədri Donbassa gedəcək

ATƏT sədri Donbassa gedəcək


1-02-2022, 18:46. Yazar: Admin

Zbiqnev Rau

Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Ukraynaya səfəri çərçivəsində Donbassa gedəcək.

Qarabaginfo.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasina jurnalistlərə bildirib.

 

“Gələn çərşənbə (9 fevral) nazir Rau Ukraynaya səfərə gedəcək və o, Donbassa gedəcək”, - mətbuat katibi bildirib.

Qeyd edək ki, ATƏT sədri, Polşanın xarici işlər naziri fevralın 3-5-də ABŞ-da səfərdə olacaq. Z. Rau səfəri çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken və ABŞ Konqresinin üzvləri ilə görüşlər keçirəcək. Fevral ayı ərzində ATƏT sədrinin ABŞ və Ukrayna ilə yanaşı Rusiyaya da səfəri gözlənilir.


Geri dön