Ana Sayfa > Karusel / Gündəm > Ötən il İlahiyyat İnstitutuna qəbul olan tələbələrin sayı açıqlanıb

Ötən il İlahiyyat İnstitutuna qəbul olan tələbələrin sayı açıqlanıb


1-02-2022, 18:25. Yazar: Admin

Aqil Şirinov

2021-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun bakalavr səviyyəsinə 3-ü əcnəbi olmaqla, 68 tələbə qəbul olunub.

Qarabaginfo.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn kollegiya iclasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib.

Onun sözlərinə görə, 33 tələbə “Dinşünaslıq”, 35 tələbə isə “İslamşünaslıq” ixtisasları üzrə təhsil alır.


Geri dön