Ana Sayfa > Karusel / Region > Kreml: Bu gün Putinlə Conson arasında telefon danışığı planlaşdırılmır

Kreml: Bu gün Putinlə Conson arasında telefon danışığı planlaşdırılmır


1-02-2022, 14:15. Yazar: Admin

Kreml: Bu gün Putinlə Conson arasında telefon danışığı planlaşdırılmır

Bu gün Rusiya prezidenti Vladimir Putin və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı planlaşdırılmır.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu günə söhbət planlaşdırılmayıb. Əgər fikir vermisinizsə, biz Putin və Consonun telefon danışığını anons etməmişik, lakin eyni zamanda, hansısa tarixlərin razılaşdırılacağını da istisna etmirik. Telefon danışığı baş tutsa, məlumat verəcəyik”, – deyə Peskov vurğulayıb.

Xatırladaq ki, Vladimir Putinlə Boris Conson arasında telefon danışığının yanvarın 31-də baş tutacağı açıqlanmışdı.(Apa)


Geri dön