Şabranda hoteldə bədbəxt hadisə baş verib.
Hoteldə təmir aparılan zaman kondisionerin qəfildən partlaması nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Anar İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya yeləşdirilən A.İbrahimova bədənin müxtəlif nahiyələrinin kəsilmiş yaraları, üzün 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.