Ana Sayfa > Karusel / Siyasət > Avropa Komissiyasının enerji komissarı Bakıda bir sıra görüşlər keçirəcək

Avropa Komissiyasının enerji komissarı Bakıda bir sıra görüşlər keçirəcək


1-02-2022, 10:48. Yazar: Admin

Kadri Simson

 

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıda bir sıra görüşlər keçirəcək.

Qarabaginfo.az xəbər verir ki, Kadri Simson fevralın 4-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin (CQD) Məşvərət Şurasının iclasında iştirak edəcək.

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı iclasda çıxış edəcək.

Kadri Simson fevralın 4-də Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və Azərbaycanın energetika naziri Pərviz Şahbazovla ayrı-ayrılıqda görüşlər keçirəcək.


Geri dön