Ana Sayfa > Karusel / Region > Tokayev Prezident Administrasiyasına yeni rəhbər təyin edib
Tokayev Prezident Administrasiyasına yeni rəhbər təyin edib1-02-2022, 10:04. Yazar: Admin |
Kasım-Jomart Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident Administrasiyasının rəhbəri Yerlan Koşanovu vəzifəsindən azad edib. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, onun yerinə Murat Nurtleu təyin olunub. O, Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Xatırladaq ki, daha əvvəl Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) spikeri Nurlan Niqmatulinin səlahiyyətlərindən imtina etməsindən sonra boş qalan mandatın Y.Koşanova verildiyi bildirilmişdi. Geri dön |