Ana Sayfa > Karusel / Dünya > ABŞ Hərbi Dəniz Qüvvələri naziri koronavirusa yoluxduğunu açıqlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri naziri koronavirusa yoluxduğunu açıqlayıb


1-02-2022, 08:45. Yazar: Admin

Karlos del Toro

 

ABŞ-ın Hərbi Dəniz Qüvvələri (HDQ) naziri Karlos del Toronun koronavirus testinin cavabı müsbət çıxıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə nazir özü açılama verib.

“Bu səhər COVID-19 üçün testim müsbət çıxdı. Ötən cümə günü günortadan sonra rəsmi səfərdən qayıtmışam və ən son mənfi test nəticələrim 21 yanvar səfərimdən əvvəl və 28 yanvar səhər saatlarında alınıb", deyə Toro vurğulayıb.

Qeyd edək ki, nazirə koronavirus peyvəndinin iki komponenti, həmçinin, gücləndirici doza da vurulub.


Geri dön