Ana Sayfa > Karusel / Dünya > Bayden Qətəri NATO xaricindəki əsas müttəfiqləri sırasına daxil etmək planlarını açıqlayıb
Bayden Qətəri NATO xaricindəki əsas müttəfiqləri sırasına daxil etmək planlarını açıqlayıb1-02-2022, 08:43. Yazar: Admin |
ABŞ Prezidenti Co Bayden Qətərə ölkənin NATO xaricində əsas müttəfiqi statusu vermək planları barədə Konqresi məlumatlandırıb. Qarabaginfo.az xəbər verir ki, prezidentin Konqresə göndərdiyi müvafiq məktub Ağ Evin saytında dərc olunub. Sənəddə bildirilir ki, Qətər Dövləti ilə müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi Vaşinqtonun maraqlarına uyğundur. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının əməliyyat məsuliyyəti zonasına Yaxın Şərq daxildir. Qeyd edək ki, Bayden bazar ertəsi Vaşinqtonda Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşündə ölkəni ABŞ-ın NATO xaricindəki əsas müttəfiqləri sırasına daxil etmək niyyətində olduğunu bildirib. ABŞ lideri qeyd deyib ki, bu, iki dövlət arasında münasibətlərin əhəmiyyətini əks etdirəcək. Geri dön |