Ana Sayfa > Karusel / Dünya > Bayden Zelenski ilə telefon söhbətindən danışıb

Bayden Zelenski ilə telefon söhbətindən danışıb


1-02-2022, 00:47. Yazar: Admin

 

Bayden Zelenski ilə telefon söhbətindən danışıb 

ABŞ Prezidenti Cozef Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının məhsuldar keçdiyini bildirib.

Bu barədə Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir

“Prezident Zelenski ilə məhsuldar söhbətimiz oldu və biz diplomatik əlaqələri mütəmadi davam etdiririk”, - Amerika lideri jurnalistlərə deyib.

Qeyd edək ki, prezidentlərin telefon danışığı ötən həftə baş tutub. Ukrayna Prezidenti Volodimir Zelenski də bildirib ki, ABŞ Prezidenti Cozef Baydenlə telefonla diplomatik gərginliyin azaldılması səyləri və birgə tədbirlər, habelə Ukraynaya maliyyə dəstəyi imkanlarını müzakirə edib. Onun sözlərinə görə, dövlət başçıları gərginliyin azaldılması üçün davam edən diplomatik səyləri müzakirə ediblər və gələcək üçün birgə hərəkətlər barədə razılığa gəliblər.


Geri dön