Ana Sayfa > Karusel / Gündəm > Aİ-92 benzin gömrük rüsumundan azad edilib, aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib
Aİ-92 benzin gömrük rüsumundan azad edilib, aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib1-02-2022, 00:14. Yazar: Admin |
Azərbaycana gətirilən Aİ-92 markalı benzin bu gündən gömrük rüsumundan azad edilib. Qarabaginfo.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 29 yanvar tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişiklikdə əksini tapıb. Qərara əsasən, fevralın 1-dən Azərbaycana idxal edilən 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin və 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün 15 faiz idxal gömrük rüsumu ləğv olunur. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişikliyə əsasən isə fevralın 1-dən Azərbaycana gətirilən aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilir. Bu Qərar 2022-ci il 1 iyun tarixinədək qüvvədədir. Geri dön |