Ana Sayfa > Karusel / Gündəm > ASCO "Baku International HR Forum"da təmsil olunub
ASCO "Baku International HR Forum"da təmsil olunub31-01-2022, 21:14. Yazar: Admin |
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnsan resurslarının idarəedilməsi departamenti (İRİD) Azərbaycan İnsan Resursları (HR) İnstitutunun təşkilatçılığı ilə keçirilən "Baku International HR Forum" (BIHRF) tədbirinin iştirakçılarından olub. Qarabaginfo.az bu barədə ASCO-ya istinadən xəbər verir. Məlumata görə, İRİD-in rəisi Sevda Məmmədova Forumun “İnsan kapitalının inkişafı” panelində spiker kimi çıxış edib. O, “İşəgötürən tərəfindən işçilərin psixoloji sağlamlıq və stresinin idarəedilməsinin vacibliyi” mövzusunda Forum iştirakçıları ilə fikirlərini bölüşüb, qeyd edib ki, bu məsələ pandemiya dövründə xüsusi əhəmiyyət daşıyıb. ASCO-nun HR komandası Forum çərçivəsində keçirilən “HR AWARDS 2022” mükafatlandırma mərasimində “İnsan resursları texnologiyaları üzrə ən yaxşı strategiya” nominasiyası üzrə qalib olub. Mükafatı Even Bolstad S.Məmmədovaya təqdim edib. İlk dəfə keçirilən “Baku International HR Forum” insan resurlarının idarəedilməsi ilə bağlı ən son trendlər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal tədbirdir. Forumda Miçiqan universitetinin professoru, HR sahəsi üzrə 15-dən çox kitabın müəllifi Deyvid Ulrix, İR idarəedilməsi üzrə Avropa Assosiasiyasının prezidenti Even Bolstad, Orta Şərq və Şimali Afrika regionu üzrə SHRM-ın icraçı direktoru Vivek Arora, Azərbaycan, Ukrayna və Türkiyənin nüfuzlu şirkətlərini təmsil edən 16 spiker çıxış edərək fərqli mövzularda müzakirələr həyata keçirib. Geri dön |