Ana Sayfa > Karusel / Mədəniyyət > Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək

Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək


31-01-2022, 17:30. Yazar: Admin

 

Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günü münasibətilə fevralın 5-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda onun əsərlərindən ibarət konsert keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, Tədbir təşkilatçılarının “Report”un Rusiya bürosuna verdiyi məlumata görə, konsertdə “Legend of Fire” triosunun virtuoz üzvləri Zəhra Bədəlbəyli, Ceyla Seyidbəyli və Nurlan Növrəsli çıxış edəcəklər.

Tədbirdə Qara Qarayevdən savayı Dmirti Şostakoviçin, Niyazinin, Arif Məlikovun, Vasif Adıgözəlovun və digər tanınmış bəstəkarların əsərləri səslənəcək. Bəzi əsərlər ilk dəfə olaraq səslənəcək.


Geri dön