Ana Sayfa > Karusel / Siyasət > Zakir Həsənov sabah Türkiyəyə gedir

Zakir Həsənov sabah Türkiyəyə gedir


31-01-2022, 17:15. Yazar: Admin

 

Zakir Həsənov sabah Türkiyəyə gedir
Zakir Həsənov

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işgüzar səfərə yola düşəcək.

Bu barədə Qarabaginfo.az-a müdafiə nazirliyindən məlumat verilib

Səfər çivəsində Türkiyə milli müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələri üzrə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Səfər fevralın 2-dək davam edəcək.


Geri dön