Ana Sayfa > Karusel / Siyasət > Çavuşoğlu: “İslam dünyasında yaşanan problemlər sülh yolu ilə həll olunmalıdır”
Çavuşoğlu: “İslam dünyasında yaşanan problemlər sülh yolu ilə həll olunmalıdır”31-01-2022, 17:07. Yazar: Admin |
Biz bölgəmizdə olan problemlərin siyasi yollarla həll edilməsinə inanırıq. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəhreynli həmkarı ilə birgə mətbuat konfransında BƏƏ və Səudiyyə Ərəbistanına qarşı törədilmiş terror aktlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, regionda, islam dünyasında, o cümlədən Yəmən, Suriya və Liviyada yaşanan problemlər sülh yolu ilə həll olunmalıdır.
Nazir qeyd edib ki, terror hücumları qarşıdurmaları daha da dərinləşdirir.
“Türkiyə olaraq hər zaman terrora qarşıyıq”, - XİN başçısı vurğulayıb. Geri dön |