Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 2186 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib

Azərbaycanda son sutkada 2186 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib


31-01-2022, 16:53. Yazar: Admin

Azərbaycanda son sutkada 2186 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2186 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 658 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 625 023 nəfər müalicə olunaraq sağalıb, 8 734 nəfər vəfat edib, aktiv xəstə sayı 24 713 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 232, ötən müddət ərzində isə ümumilikdə 6 156 388 test aparılıb.


Geri dön