Ana Sayfa > Karusel / Gündəm > Qazaxda şagirdlər arasında qız üstündə bıçaqlanma

Qazaxda şagirdlər arasında qız üstündə bıçaqlanma


31-01-2022, 15:56. Yazar: Admin

Qazaxda şagirdlər arasında qız üstündə bıçaqlanma

 

Qazax rayonunda məktəbdə dərs zamanı bıçaqlanma hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında 2 saylı tam orta məktəbin stadionunda qeydə alınıb.

Məktəbin 10-cu sinif şagirdi Q.V. mübahisə zəminində 11-ci sinif şagirdi Y.Y.-ni bıçaqlayıb. Hadisəni törədən şəxs saxlanılıb.

İlkin məlumata görə, məktəblilər arasında mübahisə qız üstündə olub.


Geri dön